Son dəqiqə

Türkiyə İslam İnkişaf Bankı Mehmet Şimşek

Mehmet Şimşek İslam İnkişaf Bankının iclasında iştirak edib

Bakı. TurkicWorld:

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Ər-Riyadda keçirilən İslam İnkişaf Bankının iclasında iştirak edib.

TurkicWorld xəbər verir ki, İslam İnkişaf Bankının (İİB) 50 illik yubileyi münasibətilə Ər-Riyadda keçirilən İİB İllik Toplantıları çərçivəsində “Valilər Dialoqu-Türkiyə” sessiyası keçirilib.

“Türkiyənin dövlət borc ehtiyatının milli gəlirə nisbəti 29,5 faizdir ki, bu da inkişaf etməkdə olan bazarların ortalamasının yarısından azdır.” – deyə Şimşek bildirib.

Yığıncaqda çıxış edən nazir Türkiyədə inflyasiya ilə mübarizəni dəstəkləmək üçün etibarlı maliyyə çərçivəsi yaratdıqlarını və zəlzələnin təsirlərinə baxmayaraq dövlət maliyyəsinin yaxşılaşdığını qeyd edib.

O, maliyyə intizamının Türkiyənin Orta Müddətli Proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər