Türkiyə ilə İraq arasında yeni sərhəd qapısı açılır

Türkiyə ilə İraq arasında yeni sərhəd qapısı açılır

Bakı. TurkicWorld:

Türkiyədən İraqa birbaşa keçidi təmin edəcək Ovaköy Sərhəd Qapısı yaxın zamanda açılacaq.

AzerVoice xəbər verir ki, Türkiyənin ixracatına böyük töhfə verəcək qapının açılması həm də İpək Yolu üçün bir mərhələ hesab olunur.

Məlumata əsasən, yeni sərhəd qapısının açılması ilə Türkmən vətəndaşlarının yaşadığı bölgələrlə, xüsusilə Mosul və Kərküklə birbaşa nəqliyyat kanalı açılacaq.

Bundan əlavə, İraqın ən cənub bölgəsinə, Bəsrəyə, avtomobil yolu ilə enmək imkanı olacaq. Gəmi ilə 20 gün davam edən səyahət, avtomobil yolu ilə 1,5-2 günə enəcək.

Qeyd edək ki, Dohuk və Şırnak valilikləri arasında 2014-cü ildə imzalanan protokolla istifadəyə verilməsinə qərar verilən Ovaköyün açılışı ABŞ-ın təzyiqləri nəticəsində həyata keçirilmədi.

X: Lamanasadli01