ABŞ-la keçiriləcək təlimlərin son hadisələrlə heç bir əlaqəsi yoxdur - Türkiyə MN

ABŞ-la keçiriləcək təlimlərin son hadisələrlə heç bir əlaqəsi yoxdur - Türkiyə MN

Bakı. TurkicWorld:

ABŞ təyyarələri ilə Türkiyənin hava məkanında həyata keçiriləcək havada yanacaq doldurma və Birgə Hücum Nəzarətçisi təlimlərinin bölgədəki son hadisələrlə heç bir əlaqəsi yoxdur.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

“15 və 17 aprel tarixlərində hava məkanımızda ABŞ təyyarələri ilə F-16-larımızın müşayiəti ilə həyata keçiriləcək havada yanacaq doldurma və Birgə Hücum Nəzarətçisi təlimləri iki müttəfiq ölkə arasında çox daha əvvəl planlaşdırılıb və sözügedən təlimin son hadisələrlə heç bir əlaqəsi yoxdur", - deyə açıqlamada qeyd edilib.

X: Lamanasadli01