ABŞ dövlət katibinin müavini Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibinin müavini Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin İnzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşaviri vəzifəsini icra edən Con Bass 15-16 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, Bass Türkiyə xarici işlər nazirinin müavini səfir Burak Akçaparın dəvəti ilə gəlir.

Səfər zamanı ikitərəfli əlaqələr, Qəzzədəki mövcud inkişaflar, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Hafiz Rufizoğlu