Vanda bələdiyyə sədirliyi AK partiyə keçib

Vanda bələdiyyə sədirliyi AK partiyə keçib

Bakı, TurkicWorld

Van İl Seçki Şurası DEM Partiyası Abdullah Zeydanın seçilmək üçün uyğun olmadığına qərar verib.

TurkicWorld xəbər verir ki, DEM Partiyasının üzvü Abdullah Zeydan bələdiyyə seçkilərində 55,48 faiz səs toplayaraq, üstünlük qazanıb.
Lakin seçkiyə az qalmış məhkəmənin qərarı ilə Zeydanın seçilmə hüququ ləğv edilib.

DEM Partiyasından verilən yazılı açıqlamada, Zeydanın qadağan olunmuş hüquqlarının 29 Mart Cümə günü baş prokurorluğun və məhkəmə qərarı ilə alındığı bildirilib.

DEM məhkəmə qərarına etiraz edib. Partiyadan verilən açıqlamada məhkəmə qərarının etiraz prosesini gözləmədən Yüksək Seçki Qurumuna (YSK) çatdırıldığı bildirilib.

Seçki Komissiyası sədrliyin ikinci ən çox səs toplayan namizədə verilməsi barədə qərar qəbul edib.

Vanda keçirilən seçkilərdə ən yüksək səsi AK Partiyanın namizədi Əbdüləhat Arvaş alıb.

Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.