Ərdoğan seçki kampaniyasını Tokat və Çorumda davam etdirəcək

Ərdoğan seçki kampaniyasını Tokat və Çorumda davam etdirəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkiləri üçün səyləri davam edir.

TurkicWorld xəbər verir ki, prezident Ərdoğan bu gün Tokat və Çorumda xalqa müraciət edəcək.

Məlumata əsasən, Ərdoğanın mitinqdə gündəmlə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.

Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan edilib.

Martın 21-də qadağalar başlayıb. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01