Türkiyə kəşfiyyatı Suriyada PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə kəşfiyyatı Suriyada PKK terrorçusunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının daha bir terrorçusu Halil Tekini Suriyanın Qamışlı bölgəsində keçirilən əməliyyatla zərərsizləşdirib.

TurkicWorld bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Kod adı "Seydo" olan Halil Tekinin PKK/YPG terror təşkilatına 2007-ci ildə qoşulduğu müəyyən edilib.

Terrorçu 2007-2015-ci illərdə İraqın Qəndil və Qara bölgələrində fəaliyyət göstərib. 2015-ci ildə Suriya bölgəsinə keçən Tekin 2015-2017-ci illər ərzində terror təşkilatında sabotaj fəaliyyətinə görə məsuliyyət daşıyıb.

2020-ci ildən etibarən Halil Tekin təşkilatın Qamışlı bölgəsində "komandanlıq" edib.

Qeyd olunub ki, Halil Tekinin atası İbrahim Tekin də özü kimi terrorçu olub və 1992-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.