Türkiyədə zəlzələ bölgəsindəki şagirdlərə təhsil dəstəyi göstərilib

Türkiyədə zəlzələ bölgəsindəki şagirdlərə təhsil dəstəyi göstərilib

Bakı, TurkicWorld:

Türkiyə zəlzələ bölgəsindəki beş vilayətdə yerləşən məktəblərdə təhsil alan 23 min 104 şagirdə təhsil dəstəyi verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Nazirliyi bildirib.

"Bu vilayətlərdə tələbələrin təhsil və təlim dəstəyi üçün yerləşdirmə prosedurları tamamlanıb", - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində təhsil alan şagirdlərə 12 min 800 lirə, ibtidai sinif şagirdlərinə 15 min 400 lirə, orta məktəb şagirdlərinə 18 min lirə yardım göstərilib.

Xatırladaq ki, keçən ilin fevral ayının 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.