Heç bir gündəm bizi zəlzələ bölgəsi ilə əlaqəli proqramımızdan yayındıra bilməz - Ərdoğan

Heç bir gündəm bizi zəlzələ bölgəsi ilə əlaqəli proqramımızdan yayındıra bilməz - Ərdoğan

Bakı. TurkicWorld:

Heç bir gündəm bizi zəlzələ bölgəsi ilə əlaqəli proqramımızdan yayındıra bilməz.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.

"Ölkədə və ya dünyada nə baş verməsindən asılı olmayaraq, heç bir gündəm bizi zəlzələ bölgəsi ilə bağlı proqramımızdan yayındıra bilməz. Ötən ayın əvvəlində 46 min yaşayış evinin və kənd evinin vətəndaşlarımıza təhvil verdik. Bu gündə zəlzələ böləsində 30 min 723 vətəndaşa yeni evlərini təhvil veririk", - deyə o qeyd edib.

Xatırladaq ki, keçən ilin fevral ayının 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.