Türkiyənin Malatya və Adıyaman vilayətlərində zəlzələ olub

Türkiyənin Malatya və Adıyaman vilayətlərində zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin Malatya və Adıyaman vilayətlərində 3.5 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 6,75 və 6,61 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.