Bugünkü Türkiyənin hədəflərini həyata keçirmək üçün daha böyük imkanları var - Ərdoğan

Bugünkü Türkiyənin hədəflərini həyata keçirmək üçün daha böyük imkanları var - Ərdoğan

Bakı. TurkicWorld:

Bugünkü Türkiyənin hədəflərini həyata keçirmək üçün daha böyük imkanları var.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Mart Çanaqqala Zəfəri ilə bağlı mərasimdə çıxışı zamanı deyib.

"Çanaqqalada bu millət kişisi, qadını, gənci, qocası, tələbəsi, müəllimi ilə bir yerdə düşmənə yol vermədi. Biz Türkiyə və türk milləti olaraq bu gün də Çanaqqalada olduğu kimi fərqli məkrli hücumlara qarşı eyni mövqedən çıxış edirik", - deyə o vurğulayıb.

O, həmçinin, başda Qazi Mustafa Kamal olmaqla Türk ordusuna rəhbərlik edən komandirləri və şəhidləri hörmətlə yad etdiyini bildirib.

Qeyd edək ki, Çanaqqala müharibəsi Birinci dünya müharibəsi əsnasında 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Lakin hücumları müvəffəqiyyətsiz oldu və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkildi.

X: Lamanasadli01