İraq PKK-nı qadağan edilmiş təşkilat adlandırıb

İraq PKK-nı qadağan edilmiş təşkilat adlandırıb

Bakı. TurkicWorld:

PKK terror təşkilatı ilk dəfə olaraq İraq tərəfindən qadağan edilmiş bir təşkilat olaraq təyin olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə-İraq arasında keçirilən görüş zamanı bildirilib

Görüşlərdə hər iki tərəfin İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi önəm vurğulanıb.

Tərəflər, həmçinin PKK-nın Türkiyə və İraq üçün təhlükəsizliyə təhdid yaratdığını vurğulayaraq qeyd ediblər ki, sözügedən təşkilatın İraq ərazisində olması İraq Konstitusiyasını pozur.

Hafiz Rufizoğlu