Türkiyə ilə İraq arasında ikinci Təhlükəsizlik Sammiti başlayıb

Türkiyə ilə İraq arasında ikinci Təhlükəsizlik Sammiti başlayıb

Bakı. TurkicWorld:

İraqın paytaxtı Bağdadda keçirilən təhlükəsizlik sammiti Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının iştirakı ilə başlayıb.

TurkicWorld xəbər verir ki, danışıqların gündəliyinə terrorizmlə mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıq daxildir.

Bağdadda keçirilən təhlükəsizlik sammitində enerji məsələləri də müzakirə olunacaq. Bu çərçivədə İraqda təbii qaz ehtiyatlarının inkişafı və beynəlxalq bazarlara daşınması və İraq-Türkiyə neft xəttinin daşınmasının bərpası qiymətləndiriləcək.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Ankarada Türkiyə ilə İraq arasında keçirilən sammitdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində PKK-nın yaratdığı təhdidlər müzakirə edilib.

X: Lamanasadli01