Ömər Bolat Alman iş dünyası ilə əməkdaşlığa çağırış edib

Ömər Bolat Alman iş dünyası ilə əməkdaşlığa çağırış edib

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat Alman iş dünyasını Türkiyəyə sərmayə qoymağa çağırıb.

TurkicWorld xəbər verir ki, nazir Bolat bu barədə Almaniyanın paytaxtı Berlində alman və türk iş adamları ilə görüşləri zamanı bildirib.

"Alman iş adamları Türk iş dünyası ilə ortaqlıqlar sayəsində daha böyük imkanlar qazana biləcəklər. Türkiyə çox etibarlı, davamlıdır, güclü iqtisadiyyata və güclü daxili bazara malikdir. Qarşıdakı dövr Almaniya-Türkiyə münasibətləri üçün parlaq bir dövr olacaq”, - deyə o əlavə edib.

Nazir Bolat Türkiyənin ixracatında Almaniyanın 21 milyard dollarla birinci, 28 milyard dollarlıq idxalla üçüncü yerdə olduğunu bildirib.

"Biz Avropa İttifaqı ilə münasibətlərimizi yaxşılaşdırmaq üçün çalışmağa davam edirik”, - deyə Bolat vurğulayıb.

Qeyd edək ki, Türkiyənin ticarət naziri Ömər Bolat Berlinə səfər edib.

X: Lamanasadli01