Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün gecə Bakıya rəsmi səfər edəcək.
TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.
Xatırladaq ki, Hakan Fidan 2023-cü il 14 dekabr tarixində Azərbaycana rəsmi səfər edib. O, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında iştirak edib.