THY-nin sabahkı bəzi reysləri ləğv edilib

THY-nin sabahkı bəzi reysləri ləğv edilib

Bakı. TurkicWorld:

Türk Hava Yolları Almaniyanın Berlin hava limanında tətil səbəbiylə sabah bəzi reyslərin ləğv ediləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə THY Mətbuat Şurası məlumat yayıb.

"İstanbuldan Berlinə qayıdış reysləri davam edir, lakin Berlindən TK 1728 Berlin-İstanbul, TK 1722 Berlin-İstanbul, TK 7729 Berlin-Sabiha Gökçen, TK 1726 Berlin-İstanbul, TK 1724 Berlin-İstanbul reysləri ləğv edilib", - deyə açıqlamada qeyd edilib.

X: Lamanasadli01