Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək

Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin ayının sonları İraqa səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirnin müavini Ahmet Yıldız bildirib.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Önümüzdəki dövrdə keçiriləcək nazirlər görüşü və prezidentimizin səfəri üçün hazırlıqlarımızı edəcəyik"-deyə nazir müavini bildirib.

Ahmet Yıldız qeyd edib ki, Türkiyə və İraqdan keçən İnkişaf Yolu böyük ehtiyacı qarşılayacaq.

"Türkiyə və İraq üzərindən çəkiləcək İnkişaf Yolu böyük bir inkişaf olacaq. Bu, ehtiyacı qarşılayacaq. Layihə keçirilərsə hər iki ölkə üçün faydalı olacaqdır.” - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Ərdoğan aprel ayının sonu İraqa rəsmi səfər edəcək.

Hafiz Rufizoğlu