Türkiyə terrorla mübarizədə İraqla əməkdaşlıq edir

Türkiyə terrorla mübarizədə İraqla əməkdaşlıq edir

Bakı. TurkicWorld:

Türkiyənin 2-ci Ordu Komandanı general-leytenant Metin Tokel və onu müşayiət edən heyət İraq rəsmiləri ilə sərhəd təhlükəsizliyi iclası keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda o da bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi əməliyyatlar İraqın təhlükəsizlik bölmələri ilə sıx koordinasiyada həyata keçirilir.

Bundan əlavə, iclasda İraq-Türkiyə sərhəd xəttinin, həmçinin, İraq vətəndaşlarının təhlükəsizliyinin artırılması üçün tədbirlər də müzakirə edilib.

Qeyd edək ki, 11 mart tarixində Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın görüşərək təhlükəsizlik məsələlərini müzakirə edib.

X: Lamanasadli01