Türkiyədə Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb

Türkiyədə Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb.

TurkicWorld-un məlumatına görə, FETÖ, PKK və solçu terror qruplarına üzv 14 şübhəli Türkiyənin Edirne şəhərində saxlanılıb.

Jandarma Komandanlığı qrupları terrorla mübarizə, təhlükəsizlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Məlumat üçün qeyd edək ki, şübhəlilərdən 10-nun FETÖ, 3-nün PKK, birinin isə DHKP-C üzvü olduğu müəyyən edilib.

Hafiz Rufizoğlu