Son dəqiqə

Türkiyə Antalya Diplomatiya Forumu Burak Akçapar

Türkiyə XIN müavini Boao Asiya Forumunun baş katibi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər nazirinin müavini, səfir Burak Akçapar Boao Asiya Forumunun (BFA) baş katibi Li Baodong ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş III. Antalya Diplomatik Forumu (ADF2024) çərçivəsində keçirilib.

Görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ADF ilə BFA arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xatırladaq ki, forumda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Antalya Diplomatik Forumu 1-3 Mart tarixlərində keçiriləcək.

Mövzuya görə xəbərlər