Bakı. TurkicWorld:
Türkiyə Milli Kəşfiyyat Təşkilatı 2023-cü il üzrə Fəaliyyət Hesabatını dərc edib.
TurkicWorld xəbər verir ki, hesabatda MİT rəhbəri İbrahim Kalın vurğulayıb ki, təşkilat Türkiyə Cümhuriyyətinin varlığına, müstəqilliyinə, bütövlüyünə, təhlükəsizliyinə, konstitusiya quruluşuna və bütün ünsürlərinə qarşı daxildə və xaricdən yaranan mövcud və mümkün təhdidlərin aradan qaldırılmasına yönəlmiş vəzifələrini və fəaliyyətini qətiyyətlə yerinə yetirir.
2023-cü ilin qlobal miqyasda yeni böhranlar və qarşıdurmalarla qarşı-qarşıya qalacağına diqqət çəkən Kalın, regional və qlobal güc mübarizələri ilə yanaşı, iqtisadiyyat, siyasət, enerji, texnologiya və iqlim kimi müxtəlif sahələrdəki inkişafın ölkələri yeni problemlər qarşısında qoyduğunu bildirib.
Qlobal və regional təhdidlərin hibrid və asimmetrik hala gəlməsi ilə milli təhlükəsizliyin əhatə dairəsinin getdikcə mürəkkəbləşdiyini vurğulayan Kalın, təhlükəsizlik strukturlarının da çox mərhələli hala gəldiyinə diqqət çəkib.
"Təşkilat, təhdidlərlə mübarizədə aktiv rol alır, əməliyyat fəaliyyətlərinə diqqət yetirir, istiqamətləndirir, həmçinin, yaxın coğrafiyalarda və münaqişə zonalarında, qeyri-sabit coğrafiyalarda milli maraqlarımızın xeyrinə fəaliyyət göstərir. Təhlükələrin hibridləşdiyi, ənənəvi və ənənəvi təhlükəsizlik və diplomatiya üsullarının yetərsiz olduğu müasir dünyada MİT ölkəmizin üzləşdiyi asimmetrik terror təhlükəsinə qarşı bütün kəşfiyyat, analitik və əməliyyat imkanlarının qarşılıqlı əlaqədə olduğu hibrid döyüş metodunu mənimsəyib", deyə o vurğulayıb.
Kəşfiyyat və təhlükəsizlik işlərində qurumlararası koordinasiyanın əhəmiyyətini vurğulayan Kalın, MİT-in keçən il bir çox kəşfiyyat məsələsində əlaqədar qurumlarla koordinasiya etdiyini və təhlükəsizlik qüvvələri ilə vahid birlik olaraq fəaliyyət göstərərək bir çox ortaq əməliyyatlar həyata keçirdiyini qeyd edib.
“Bu çərçivədə həm aparıcı terrorçu kadrları zərərsizləşdirmək, həm də hərəkatı deşifrə etmək üçün işlər davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, bir çox PKK/KCK lideri zərərsizləşdirilib və təşkilata aid kritik infrastruktur obyektləri məhv edilib. Bundan əlavə, tə.kilat FETÖ və İŞİD terror qruplaşmalarına qarşı mübarizəsini davam etdirir”, - deyə hesabatda vurğulanıb.