Bakı. TurkicWorld:
Pentaqon, 155 millimetrlik güllələr üçün metal hissələrin Türkiyənin müdafiə sektorundan subpodratçılarla əməkdaşlıq edərək ABŞ-da qurulan və 2025-ci ilin sonuna kimi istehsala başlaması planlaşdırılan sursat müəssisələrində istehsal ediləcəyini açıqlayıb.
TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Ceff Jurgensen məlumat verib.
"Pentaqonun müdafiə sektoruna sərmayələri ilə 155 millimetrlik güllələrin metal hissələrinin istehsalı üçün Texasda üç sursat obyekti inşa edəcəyik. Layihənin tikinti, quraşdırma və istehsal prosesini öhdəsinə götürən Sursat və Taktik Sistemlər şirkətinin, Türk müdafiə sektorundan subpodratçılarla müqavilələri var və Pentaqonun bu cür investisiyalarla kritik sursat istehsalını artırmağı hədəfləyirik. Tikintinin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır, sursat qurğusu ayda 30 min güllə giliz istehsal gücünə sahibdir",- deyə o bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_