ASELSAN NATO tenderlərində iştirak edir (ÖZƏL)

ASELSAN NATO tenderlərində iştirak edir (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN NATO çərçivəsində keçirilən tenderlərdə iştirak edir.

Bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən məlumat verilib.

“Bu il Müdafiə Sənayesi İdarəsi koordinasiyası ilə dünyada ən yüksək standartlara malik olan NATO-da tenderlərdə iştirak edirik. NATO standartlarında dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaqda Türkiyə uğur qazandı. Yalnız NATO-da deyil, OCCAR və BMT-də bütün beynəlxalq strukturlarda daha çox iştiraka yönəlmişik”, – deyə məlumatda qeyd edilib.