Hakan Fidan G20 toplantısında Qəzzada atəşkəsə çağırıb

Hakan Fidan G20 toplantısında Qəzzada atəşkəsə çağırıb

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 toplantısında Qəzza zolağında atəşkəsə çağırıb.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti blokada altındakı Qəzza zolağında atəşkəsə nail olmaq və İsrail-Fələstin münaqişəsini “iki xalq üçün iki dövlət” konsepsiyası əsasında həll etmək üçün daha çox səy göstərməyə çağırıb.

“Qəzza zolağındakı vəhşiliyə ən qısa zamanda son qoyulmalıdır”,- deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 195 nəfərə çatıb.

X: Lamanasadli01