TUSAŞ ixracını 100 milyon dollar artırmağı hədəfləyir (ÖZƏL)

TUSAŞ ixracını 100 milyon dollar artırmağı hədəfləyir (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) ixracını 100 milyon dollar artırmağı hədəfləyir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"Türkiyədə ilk dəfə tək kristal turbin qanadlarını TUSAŞ istehsal edib və material xaricdən götürülmüş nümunələrlə müqayisədə yüksək temperaturda dayanıqlıq testlərində daha yaxşı müqavimət göstərib", - deyə məlumatda bildirilib.

Məlumata əsasən, TUSAŞ-ın TEI-PD180-ST mühərrikinin bu il təhvil verilməsi hədəflənir.

Qeyd edək ki, TUSAŞ-ın 2023-cü ildə ixracı 345 milyon dollar təşkil edib.

X: Lamanasadli01