Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri iki ölkə arasında əlaqələri gücləndirəcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
“Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfərini vacib və məqsədəuyğun hesab edirik", - deyə o vurğulayıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra 14 fevral tarixində Misirə rəsmi səfər edib.