Antalyada leysan yağışları zamanı üç mindən çox bina su altında qalıb

Antalyada leysan yağışları zamanı üç mindən çox bina su altında qalıb

Bakı. TurkicWorld:

Antalyada leysan yağışları zamanı 3 min 862 bina su altında qalıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Açıqlamada qeyd edilib ki, dünən Antalyada başlayan leysan yağışlar nəticəsində Antalya Mərkəzi, Kepez, Muratpaşa və Konyaaltı rayonlarında daşqınlar baş verib.

Məlumat üçün bildirək ki, yağışlar səbəbindən 3 min 297 yaşayış yeri, 519 iş yeri və 46 ictimai binanı su basıb.

Açıqlamada qeyd edilib ki, basqınlardan zərər çəkmiş ev və iş yerlərində suyun boşaldılması və təmizlik işlərinin Destek AFAD Könüllüləri, ictimai qurum və təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

Hafiz Rufizoğlu