Bakı. TurkicWorld:
Türkiyə qlobal güc olacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Türk dövrü ədalətin, sülhün, rifahın, əmin-amanlığın yaxın gələcəkdəki rəmzidir. Türkiyə qlobal güc olacaq.Türkiyə yeni hökumət sistemi ilə lider ölkə olacaq. Türkiyəni yeni əsrin lider ölkəsi etmək üçün fəaliyyətimizi daha da gücləndirəcəyik. Türk birliyi mütləq reallığa çevriləcək", - deyə o vurğulayıb.