İkinci Qarabağ müharibəsi zamanı türk dərnəklərinə hücumlar olub - YTB sədri

İkinci Qarabağ müharibəsi zamanı türk dərnəklərinə hücumlar olub - YTB sədri

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında gedən İkinci Qarabağ müharibəsi zamanı Amerikada, xüsusilə Los-Ancelesdə və Fransada türk dərnəklərinə hücumlar olub.

TurkicWorld xəbər verir ki, bu barədə Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) ​​sədri Abdullah Eren Türkiyə Böyük Millət Məclisinin (TBMM) İslamofobiya və İrqçiliyi Araşdırma adlı iclasında çıxışı zamanı deyib.

Hollandiya, Almaniya və Fransada türklərə qarşı hücum və qırğınları xatırladan Eren, Avropada ifrat sağçı partiyaların səsvermə nisbətlərinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

"İsrailin Qəzzaya hücumlarından sonra xaricdə həyata keçirilən fəaliyyətlərdə Almaniyanın digərlərindən rolu daha çoxdur və "Almaniya vətəndaşı olmaq istəyənlərin İsrail əleyhinə bəyanatlar verməməsi" kimi şərt irəli sürülüb", - deyə o əlavə edib.

X: Lamanasadli01