Əlcəzairdən yola düşən LNG gəmisi Türkiyəyə çatıb

Əlcəzairdən yola düşən LNG gəmisi Türkiyəyə çatıb

Bakı. TurkicWorld:

Əlcəzairdən yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi Türkiyəyə çatıb.

TurkicWorld-un məlumatına görə, yanvarın 29-da Əlcəzairin Arzew limanından ayrılan "Berge Arzew" adlı LNG gəmisi fevralın 8-i saat 7.51-də Marmara Ereğlisi LNG Terminalına yanaşıb.

Qeyd edək ki, ümumi tutumu 138 min 89 kubmetr olan Baham adaları bayraqlı gəmi 2004-cü ildə inşa edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_