Çelik Türkiyədəki zəlzələlərin birinci ildönümü ilə bağlı paylaşım edib

Çelik Türkiyədəki zəlzələlərin birinci ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan AK Parti sözçüsü Ömer Çelik, öz sosial media hesabında Türkiyədəki zəlzələlərin birinci ildönümü ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, Çelik paylaşımında zəlzələdən zərər çəkən ərazilərdəki yenidənqurma işlərinin davam etdiyi qeyd edib.

"Əsrin faciəsi olan 6 fevral zəlzələlərinin ildönümündə itirdiyimiz bütün həyatların acısını ürəyimizdə hiss edirik. İtirdiyimiz canları heç vaxt unutmayacağıq. Həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr diləyirik. Hələ də müalicəsi davam edən yaralılarımıza şəfa diləyirik. Eyni zamanda belə bir acı hadisənin nə ölkəmizdə, nə də heç bir yerdə bir daha yaşanmayacağına ümid edirik. O günlərdən bu yana millətimiz, millət olmanın bütün dəyərlərini, ən böyük fəlakətlərin öhdəsindən gəlmək əzmini birlik və bərabərlik içində göstərmişdir",- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_