Fevralın 6-da baş verən zəlzələlər son dövrlərin ən böyük fəlakətlərindən biri olub - ÜST

Fevralın 6-da baş verən zəlzələlər son dövrlərin ən böyük fəlakətlərindən biri olub - ÜST

Bakı. TurkicWorld:

Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən və Türkiyədə 50 min, Suriyada isə 5 min 900 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən bir il ötür.

AzerVoice xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

"2023-cü il fevralın 6-da baş verən zəlzələlər regionda son dövrlərin ən böyük fəlakətlərindən biri olub", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.