Bayraktar TB3 30 min fut yüksəkliyə qalxıb – Selçuk Bayraktar

Bayraktar TB3 30 min fut yüksəkliyə qalxıb – Selçuk Bayraktar

Bakı. TurkicWorld:

Bayraktar TB3 30 min fut yüksəkliyə qalxıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin və Türkiyə Texnologiya Komandası (T3) Vəqfi Mütəxəssislər Şurasının sədri Selçuk Bayraktar bildirib.

Baykar tərəfindən milli və yerli olaraq hazırlanmış Bayraktar TB3 SİHA, Yüksək Hündürlük Sistemi Performans Testini uğurla tamamlayıb.

TUSAŞ Mühərrik Sənayesi A.Ş. (TEI) tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə havaya qalxan SİHA, yüksək hündürlükdə uçuş sınağı zamanı yüksək hündürlükdə sistemi və dözümlülük performansını ölçən bütün sınaqları uğurla başa vurub.

Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Qeyd edək ki, TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara 2024-cü ildə başlanacaq.

Hafiz Rufizoğlu