ABŞ-dan alınacaq F-16-ların bir qisminin Türkiyədə istehsalı planlaşdırılır

ABŞ-dan alınacaq F-16-ların bir qisminin Türkiyədə istehsalı planlaşdırılır

Bakı. TurkicWorld:

ABŞ-dan alınacaq F-16-ların bir qisminin Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsalı planlaşdırılır.

TurkicWorld xəbər verir ki, buna səbəb F-16 istehsalçısı Lockheed Martin-in istehsal gücünün ayda dörd təyyarə ilə məhdudlaşmasıdır.

Məlumata əsasən, istehsalçı Lockheed Martin ilə müqavilənin imzalanması ilə ilk F-16-ların 2029-cu ildə təhvil verilməsi gözlənilir. F-16-ların modernləşdirilməsinə isə 2025-ci ildə başlanacağı gözlənilir. Lakin Türkiyə F-16-lar və modernizasiya dəstləri üçün növbə gözləmək istəmir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

X: Lamanasadli01