Ərdoğan AK Parti konqres binasının açılışını edib

Ərdoğan AK Parti konqres binasının açılışını edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) konqres binasının açılışını edib.

TurkicWorld xəbər verir ki, prezident Ərdoğan AK Partinin “Türkiyə Əsri üçün Əsl Bələdiyyəçilik” adı altında hazırladığı Seçki Bəyannaməsi Təqdimat Toplantısında çıxış edib.

"2018 və 2023-cü illərdə keçirilən Prezident və Parlament seçkiləri ölkəmizin tarixində mühüm dönüş nöqtələridir. Yerli özünüidarəetmə seçkilərinin də eyni qaydada olacağını hesab edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.

Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01