AK Partinin bələdiyyə seçki bəyannaməsi bu gün açıqlanacaq

AK Partinin bələdiyyə seçki bəyannaməsi bu gün açıqlanacaq

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partinin "Türkiyə Əsri üçün əsl bələdiyyəçilik" adı ilə hazırlanan seçki bəyannaməsi təqdimat toplantısına qatılacaq.

TurkicWorld-un məlumatına görə, səkkiz başlıqdan ibarət olan bəyannamənin əsas mövzusu “real bələdiyyəçilik” olacaq.

Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayıb. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşib.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_