Əlcəzairin "Tessala" gəmisi fevralın 2-də Türkiyəyə çatacaq

Əlcəzairin "Tessala" gəmisi fevralın 2-də Türkiyəyə çatacaq

Bakı. TurkicWorld:

Türkiyə təbii qaz çənlərini dolduraraq enerji təchizatı təhlükəsizliyini və mərkəzi mövqeyini gücləndirmək üçün LNG alışlarını davam etdirir.

TurkicWorld xəbər verir ki, Əlcəzairin Arzev limanından yola düşən "Tessala" adlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi fevralın 2-də Türkiyəyə çatacaq.

Məlumata əsasən, 171 min 800 kubmetr tutumlu gəminin fevralın 2-də Marmara Ereğlisi LNG Terminalına çatması planlaşdırılır.

Qeyd edək ki, Əlcəzair bayraqlı gəmi 2016-cı ildə tikilib.

X: Lamanasadli01