Bakı. TurkicWorld:
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin rəhbərliyi ilə bələdiyyə seçkiləri üçün sabah ilk mitinq Mersində keçiriləcək.
TurkicWorld xəbər verir ki, MHP-nin mitinqləri “Xalq bizim, Türkiyə hamımızındır” şüarı ilə keçiriləcək.
Devlet Bahçeli, 2023-cü il 14 və 28 May seçkilərində xalqın birliyini xatırladacaq. O, yerli və mərkəzi hökumət arasında harmoniyanın vacibliyini izah edəcək.
MHP liderinin növbəti dayanacağı Manisa olacaq. Bahçeli, fevralın 4-də Cümhuriyyət meydanında vacib mesajlar verəcək.
Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayıb. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşib.
Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.
Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.