Son dəqiqə

Türkiyə NATO İsveç ABŞ Rəcəb Tayyib Ərdoğan

ABŞ-ın F-16-larla bağlı təsdiqini gözləyirik- Ərdoğan

Bakı. TurkicWorld:

ABŞ-ın F-16-ların Ankaraya satışı ilə bağlı təsdiqini gözləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"ABŞ Konqresindən gələcək cavab F-16-ların Türkiyəyə göndərilməsi prosesinə, eləcə də bütün təmir, texniki xidmət və əlaqədar proseslərə başlamağa imkan verəcək. Türkiyə xarici işlər naziri Hakan Fidan bu prosesi yaxından izləyir. Atdığımız bu addım Türkiyənin mövqeyinin Qərb ölkələrinə göstərilməsi baxımından vacib idi", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər