Türkiyə MN Baydenin F-16-larla bağlı çağırışını müsbət qiymətləndirib

Türkiyə MN Baydenin F-16-larla bağlı çağırışını müsbət qiymətləndirib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Baydenin F-16-ların Ankaraya satışına razılıq verilməsi üçün Konqresə göndərdiyi məktub Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən "müsbət addım" kimi qiymətləndirilib.

TurkicWorld bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda o da vurğulanıb ki, ABŞ Konqresinə sorğu göndərilməli və konqres vasitəsilə rəsmi prosesə başlanmalıdır.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.

X: Lamanasadli01