Türkiyə İran üçün Qərbə açılan qapıdır - Bolat

Türkiyə İran üçün Qərbə açılan qapıdır - Bolat

Bakı. TurkicWorld:

Türkiyə İran üçün Qərbə açılan qapıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat deyib.

Bolat Türkiyə ilə İran arasında gömrük sahəsində ciddi əməkdaşlığın olduğunu bildirib.

"İran tərəfi Kapıköy Sərhəd Qapısı ilə üzbəüz yerləşən Razi Sərhəd Qapısında nəqliyyat yolu fəaliyyətini tamamladıqdan sonra tranzit və yük maşını ticarətinə açılacaq. Xidmət ticarətinin də mühüm tərkib hissəsi olan turizm sahəsində bu ilin 11 aylıq dövründə ölkəmizə 2,3 milyon iranlı turist gəlib.” - deyə nazir qeyd edib.

Bolat bildirib ki, Türkiyə və İran xidmət ticarəti sahəsində əlaqələri daha da irəli aparacaqlar.

“Uzun müddətdir İranda fəaliyyət göstərən türk podrat şirkətləri bir çox sahədə, o cümlədən mənzil layihələri, fabriklər və turizm obyektləri layihələri üzrə 4,6 milyard dollar dəyərində 56 layihə həyata keçirib” - deyə nazir qeyd edib.

Xatırladaq ki, dünən Türkiyə və İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

Hafiz Rufizoğlu