İbn Haldun Universiteti ilə TUSAŞ arasında əməkdaşlıq protokolu imzalanıb

İbn Haldun Universiteti ilə TUSAŞ arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı. TurkicWorld:

İbn Haldun Universiteti, aviasiya və kosmos fəaliyyətləri ilə dünyanın qabaqcıl şirkətləri arasında yer alan TUSAŞ ilə əməkdaşlıq protokolu imzalayıb.

TurkicWorld-un məlumatına görə, iki qurum arasında “Etik Biznes Sertifikatının Pilot Tətbiqi üzrə Əməkdaşlıq Sazişi” imzalanıb. İmzalanma mərasimi TUSAŞ-ın Kahramankazan kampusunda baş tutub.

İbn Haldun universitetinin rektoru Atilla Arkan, Türkiyənin qabaqcıl universitetlərindən olan İbn Haldun Universitetinin TUSAŞ-a mühüm töhfələr verəcəyini vurğulayaraq, iki qurum arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində səylərin davam edəcəyini bildirib.

TUSAŞ-ın baş direktoru Prof. Dr. Temel Kotil əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

İmzalanan protokolla TUSAŞ-ın etik strukturlaşma prosesi yenilənəcək. Etika proseslərini təkmilləşdirmək, etik kodları nəzərdən keçirmək və bu mövzuda təlim ehtiyaclarını ödəmək üçün araşdırmalar aparılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_