İsveçin NATO-ya üzvlüyünün TBMM-də səsə qoyulması gözlənilir

İsveçin NATO-ya üzvlüyünün TBMM-də səsə qoyulması gözlənilir

Bakı. TurkicWorld:

İsveçin NATO-ya üzvlüyü ilə bağlı tənzimləmənin bu həftə Türkiyə Böyük Millət Məclisində səsə qoyulması gözlənilir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV bildirib.

Qeyd edək ki, ötən ilin 26 dekabr tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Stokholmun üzv olması NATO-nu daha da gücləndirəcək.

Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq bloka üzv olub. İsveç Türkiyə ilə fikir ayrılıqları da daxil olmaqla, hələ də alyansa qoşulmayıb.

Hafiz Rufizoğlu