ASELSAN ilə TCDD arasında 1,7 milyard lirəlik müqavilə bağlanıb

ASELSAN ilə TCDD arasında 1,7 milyard lirəlik müqavilə bağlanıb

Bakı. TurkicWorld:

ASELSAN ilə Türkiyə Respublikası Dövlət Dəmir Yolları Nəqliyyatı arasında Bort Siqnal Avadanlıqlarının Təchizat Layihəsi üçün ümumi dəyəri 1,7 milyard lirə olan müqavilə imzalanıb.

TurkicWorld-un məlumatına görə, ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamaya görə, şirkət ilə TCDD Taşımacılık AŞ arasında Bort Siqnal Avadanlıqlarının Təchizat Layihəsi ilə bağlı ümumi dəyəri 1 milyard 690 milyon 697 min lirə olan yeni müqavilə imzalanıb.

Sözügedən müqavilə çərçivəsində tədarüklər 2026-2028-ci illərdə həyata keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_