Türkiyə mübahisələrin sülh yolu ilə həllində region ölkələrinə töhfə verməyə hazırdır - Türkiyə XİN

Türkiyə mübahisələrin sülh yolu ilə həllində region ölkələrinə töhfə verməyə hazırdır - Türkiyə XİN

Bakı. TurkicWorld:

Türkiyə mübahisələrin sülh yolu ilə həllində region ölkələrinə töhfə verməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda öz əksini tapıb.

“İranın İraqdakı müəyyən hədəflərə hücumları ilə başlayan, daha sonra dünən səhər İranın Pakistan daxilində bəzi hədəflərə hücumları ilə genişlənən və bu səhər Pakistanın İran daxilindəki hədəflərə hücumları ilə genişlənən hadisələrdən narahatıq. Hesab edirik ki, problemlər dostluq və qardaşlıq anlayışı ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə də BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir. Ümid edirik ki, bütün məsələlər regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə həll olunacaq. Biz dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı mötədillik və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq",- deyə bəyanatda qeyd olunub.

Aytac Süleymanova

Twitter: a_alieva_