Hakan Fidan İran və Pakistan XİN rəhbərləri ilə telefon danışığı aparıb

Hakan Fidan İran və Pakistan XİN rəhbərləri ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, İran və Pakistan XİN rəhbərləri ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, danışıqlar zamanı Hakan Fidan, bölgədə yeni problemlərin olmamasına diqqət çəkib və hər iki tərəfi mötədilliyə çağırıb.

Pakistan və İran XİN rəhbərləri gərginliyin artmasını istəmədiklərini bildiriblər.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib.

Aytac Süleymanova

Twitter: a_alieva_