Türkiyə ilə Əlcəzair arasında imzalanan beynəlxalq müqavilə "Resmi Gazete"də dərc olunub

Türkiyə ilə Əlcəzair arasında imzalanan beynəlxalq müqavilə "Resmi Gazete"də dərc olunub

Bakı. TurkicWorld:

Türkiyə ilə Əlcəzair arasında imzalanan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən beynəlxalq müqavilə “Resmi Gazete”də dərc olunub.

TurkicWorld-un məlumatına görə, 2022-ci il mayın 16-da Ankarada imzalanmış “Türkiyə ilə Əlcəzair arasında Türkiyə və Əlcəzairdə mədəniyyət mərkəzlərinin açılması və fəaliyyəti haqqında Saziş” haqqında qərar təsdiq edilib və “Resmi Gazete”də dərc olunub.

Müqavilə çərçivəsində, Türkiyə tərəfinin Əlcəzairdə Türk Mədəniyyət Mərkəzi, Əlcəzair tərəfinin isə İstanbulda Əlcəzair Mədəniyyət Mərkəzi açması və beləliklə, iki ölkənin mədəni, humanitar və sivilizasiya dəyərlərini qarşılıqlı zənginləşdirməsi nəzərdə tutulur.

Aytac Süleymanova

Twitter: a_alieva_