AK Partiyanın bələdiyyə seçkiləri üçün Ankara namizədi açıqlanıb

AK Partiyanın bələdiyyə seçkiləri üçün Ankara namizədi açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə seçkiləri üçün Ankara namizədi Turqut Altınokdur.

TurkicWorld xəbər verir ki, Altınok hazırda AK Partiya Keçiören Bələdiyyə Başçısı vəzifəsini icra edir.

Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01