Hakan Fidan bu gün İordaniyaya rəsmi səfər edəcək

Hakan Fidan bu gün İordaniyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, müxtəlif mövzular, xüsusilə ikitərəfli əlaqələr və Fələstindəki mövcud vəziyyəti müzakirə etmək üçün bu gün İordaniyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində Hakan Fidan, baş nazirin müavini, xarici işlər naziri Ayman Safadi və İordaniya Kralı II Abdullah ilə görüşəcək.

Bundan əlavə, İordaniya görüşü zamanı, regional və beynəlxalq hadisələr, xüsusilə Fələstindəki mövcud vəziyyət, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_