Türkiyəyə qarşı terror planlayan İŞİD lideri ələ keçirilib

Türkiyəyə qarşı terror planlayan İŞİD lideri ələ keçirilib

Bakı. TurkicWorld:

Türkiyəyə qarşı terror planlayan İŞİD lideri Abdullah Əl Cündi Hələbdə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ələ keçirilib.

TurkicWorld-un məlumatına görə, Əl Cündi Suriyada yerləşən Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum planlayıb.

MİT Müdirliyinin verdiyi kəşfiyyat dəstəyi ilə Suriya Milli Ordusuna bağlı yerli təhlükəsizlik qüvvələri “Fırat Kalkanı” bölgəsi daxilində Əl Babda əməliyyat keçirib.

Əl Cündi Siddiq Batalyonu daxilində aksiya keçirməyə hazır olan təşkilat üzvləri haqqında da məlumat verib.

Hafiz Rufizoğlu